Modern.az

Qalmaqallı sabiq direktor həbs edildi 

Qalmaqallı sabiq direktor həbs edildi 

Təhsil

20 Yanvar 2024, 18:44

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq direktoru Rüfət Hacıyev həbs edilib.

 

Modern.az xəbər verir ki, R.Hacıyev Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə cinayət işi açılıb.

 

Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, 38 yaşlı Rüfət Hacıyev noyabrın 28-də istefa verib. O, istefasından bir neçə gün əvvəl Xaçmazda 4 saylı tam orta məktəbdə 7-ci sinif şagirdi Nizam Mirzəyevi döyməkdə ittiham olunurdu.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi