Modern.az

Cəlilabadda yol qəzası - Xəsarət alanlar var

Cəlilabadda yol qəzası - Xəsarət alanlar var

Hadisə

21 Yanvar 2024, 18:30

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Silsilə deyilən ərazidə qeydə alınıb.

 

Belə ki, "Pajero" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı