Modern.az

Güclü külək nə vaxtadək davam edəcək?

Güclü külək nə vaxtadək davam edəcək?

21 Yanvar 2024, 20:34

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib.

 

Modern.az xəbər verir ki, bunu proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

 

"Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”, - o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi