Modern.az

Sürüşmə nəticəsində 47 nəfər torpaq altında qaldı

Sürüşmə nəticəsində 47 nəfər torpaq altında qaldı

22 Yanvar 2024, 08:36

Çinin cənub-qərbindəki Yunna vilayətində torpaq sürüşməsi nəticəsində ən azı 47 nəfər torpaq axını və dağıntı altında qalıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət yerli vaxtla səhər saat 5:51-də Caotan şəhərinin Lianşuy kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində 18 fərdi ev axın altında qalıb.

 

Hadisə yerinə 200-dən çox xilasedici, 40-dan çox texnika cəlb olunub. Kənddən 200-dən çox sakin təxliyə edilib. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi