“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 28 sentyabr 2013-cü il tarixdə gün ərzində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az