Modern.az

Əsgərlikdən yayınan 125 nəfər hərbi xidmətə GÖNDƏRİLƏCƏK

Əsgərlikdən yayınan 125 nəfər hərbi xidmətə GÖNDƏRİLƏCƏK

Ölkə

22 Yanvar 2024, 12:23

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı dövlət qurumları tərəfindən birgə mübarizə aparılır.

 

Modern.az-ın məlumatına görə, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib.

 

Məlumata görə, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.

 

Ümumilikdə hərbi xidmətdən yayınma ilə bağlı 20 cinayət işi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal