Nizami Cəfərov: ““Sponsurluq haqqında” qanunun qəbulu mümkündür”
“Azərbaycanda da sponsurluq haqqında qanunu qəbul oluna bilər”. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində mövcud olan belə bir qanun Milli məclisin komitə iclaslarında müzakirə olunur.
“Əlbəttə, yerli şərait, səviyyə hazırlığı nəzərə alınmalıdır. Çünki elə şeylər var ki, mütləq yerli gerçəkliyə uyğun hesablanmalıdır. Məsələn, ilk növbədə sponsurların vergidən azad olunmasını əsas göstərici götürsək, onda burada xeyli konyuktur məsələlər çıxa bilər. Məsələn, sponsurluğu hüquqi şəxs, müəssisə edəcəksə, o, verginin hansı hissəsindən azad olunmalıdır? Ola bilsin ki, kimsə vergidən azad olmaq üçün mədəniyət sahəsinə sponsurluq etsin, amma onun ayırdığı vəsait çox cüzi olsun. Yəni qanun yaradılacaqsa, burda əsas məsələ sponsorun cəmiyyətin xeyrinə nə qədər iş görə biləcəyi nəzərə alınmalıdır”, – deyə Nizami Cəfərov bildirib.
Gültəkin ƏLƏSGƏR