Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın bu gün keçirilən mitinqinə qatılmayacaq. Bunu Modern.az saytına açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.
Partiya rəsmisinin sözlərinə görə, M.Mirəlioğlu gözlənilmədən ötən gün Naxçıvana səfər etməli olub.
“Mirmahmud bəy dünən gözlənilmədən Naxçıvana getməli oldu. Bu səfər qabaqcadan gözlənilmirdi. Vacib işlə əlaqədar o Milli Şuranın bugünkü mitinqinə iştirak edə bilməyəcək. Lakin biz partiya olaraq mitinqdə say çoxluğu ilə iştirak edəcəyik”.
Anar RÜSTƏMOV