Modern.az

Ötən il sosial ödənişlərə 8 milyard manat vəsait ödənilib

Ötən il sosial ödənişlərə 8 milyard manat vəsait ödənilib

İqtisadiyyat

22 Yanvar 2024, 16:54

2023-cü il ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2022-ci illə müqayisədə 1 mlrd. 311 mln. manat və ya 19,7% çox olmaqla 7 mlrd. 957 mln. manat ödənilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən xəbərə görə, ötən ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilib.

 

Əmək pensiyaçılarına maddi yardımlar pensiyanın sığorta hissəsinə əlavə edilib və pensiyanın sığorta hissəsi 2023-ci ilin yanvarın 1-dən 14,7% indeksləşdirilərək artırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi