Modern.az

Cənubi Sudan Qoşulmama Hərəkatına üzv oldu

Cənubi Sudan Qoşulmama Hərəkatına üzv oldu

Aktual

22 Yanvar 2024, 17:57

Cənubi Sudan Qoşulmama Hərəkatına üzv olub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat üçün yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə təsisatın genişlənməsi istiqamətində atdığı müvafiq addımlar nəticəsində Afrika qitəsindən yeganə üzv olmayan ölkə – Cənubi Sudan Qoşulmama Hərəkatı üzvlərinin sıralarına qoşulub. Bununla da, QH üzvlərinin sayı 121-ə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi