Modern.az

AŞPA-dan Azərbaycana qarşı təxribat - Britaniya bizi dəstəklədi

AŞPA-dan Azərbaycana qarşı təxribat - Britaniya bizi dəstəklədi

Ölkə

22 Yanvar 2024, 19:25

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən iclaslarında Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu təklif almaniyalı deputat Frank Şvabenin olub.

 

Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.

 

Qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.

 

Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.

 

"Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - o, bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal