Modern.az

ABŞ-dən sülhlə bağlı mühüm AÇIQLAMA

ABŞ-dən sülhlə bağlı mühüm AÇIQLAMA

Ölkə

22 Yanvar 2024, 22:44

ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıdır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.

 

"ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq”, - o, jurnalistin sualını cavablandırarkən bildirib.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşünə gəldikdə isə, Patel bu məsələ ilə bağlı məlumatı olmadığını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal