Modern.az

Ağcabədidə minik və yük avtomobili toqquşub - Xəsarət alanlar var

Ağcabədidə minik və yük avtomobili toqquşub - Xəsarət alanlar var

22 Yanvar 2024, 23:14

Ağcabədidə yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.


Hərəkətdə olan "VAZ 2106" markalı avtomobillə "QAZel" markalı yük maşını toqquşub.

 

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Quliyeva Yasəmən Məmməd qızı, 1998-ci il təvəllüdlü Ələsgərova Rəqsanə Natiq qızı, 1982-ci il təvəllüdlü Nayibov Kənan Əvəz oğlu və Nəcəfov Rəvan Gülşad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı