Modern.az

Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Günün havası

Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Günün havası

Aktual

23 Yanvar 2024, 07:36

Bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi