Modern.az

Polis Şabranda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis Şabranda əməliyyat keçirdi - Saxlanılanlar var

Aktual

23 Yanvar 2024, 08:06

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakinləri Səxavət Həsənov və Şakir Şahbazov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və metadon, eləcə də narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi