Modern.az

Şimal rayonlarına qar yağır - 13 dərəcə şaxta var

Şimal rayonlarına qar yağır - 13 dərəcə şaxta var

Aktual

23 Yanvar 2024, 08:48

Yanvarın 22-də axşam saatlarından başlayaraq Quba, Qusar, Xaçmaz, Xızı və digər Şimal rayonlarının ərazisinə qar yağır.

 

Moderrn.az xəbər verir ki, Quba Regional Hidrometeorologiya Mərkəzinin yaydığı məlumata görə ən çox qar Qubanın Qırız kəndinə yağıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Region üzrə ən aşağı temperatur da (-13) bu məntəqədə qeydə alınıb.

 

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 6, Qubanın rayon mərkəzində 4, Xaçmazda isə 1 santimetrdir.(Azertac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi