Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 14-17°, gündüz 17-22° isti olacağı gözlənilir.
Azərbaycanın bəzi yerlərində sentyabrın 29-da şimşək çaxacağı, arabir yağiş yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir. Dağlarda gecə 5-10°, gündüz 12-16° isti olacaq.
Modern.az