Modern.az

Kəlbəcərlilər YAP-ın namizədinə "HƏ!" deyir

Kəlbəcərlilər YAP-ın namizədinə

Aktual

23 Yanvar 2024, 10:57

Kəlbəcərlilər YAP-ın namizədinə "HƏ!" deyir. 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Goranboy rayonunun Yeni Veyisli, Yeni qəsəbə və Qaraçinar kəndlərində  məskunlaşan kəlbəcərli seçicilərlə görüş keçirilib.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,  Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri  Məhiyyəddin Abdurrəhmanov, Səməndər Eyvazov,  Sahibə Əmirahova,  Şakir Mahmudov, Elçin Şirinov, Rəhim İmanov, Qismət Şükürov, şəhid atası Əkbər Orucuv və  müharibə veteranı Vətən Verdiyev digərləri çıxış ediblər. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində “Dəmir Yumruq” əməliyyatının zəfərlə sona çatmasından, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olmasından, həmçinin dövlət başçısının şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

 

Natiqlər qalib xalqı bu qələbələrin və zəfərlərin qarantı olan  cənab İlham Əliyevə səs verməyə çağırıblar.

 

Tədbirdə çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini, 7 fevralda seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi