Modern.az

Keçmiş köçkünlərin müavinəti bu tarixdə DAYANDIRILACAQ

Keçmiş köçkünlərin müavinəti bu tarixdə DAYANDIRILACAQ

Ölkə

23 Yanvar 2024, 11:30

Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq.

 

Modern.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.

 


Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:

 

“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır”.

 

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal