Soçidə keçirilən KVN festivalında 31 yaşlı erməni yumorist Amiran Gevorkyanla 32 yaşlı dağıstanlı Artur Rəsulov arasında baş verən münaqişənin təfərrüatları ortaya çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, dava oteldəki barda başlayıb. Amiran Gevorkyan və Artur Rəsulov bardakı masa arxasında içki içirmişlər. Onlar arasında düşən mübahisə davaya çevrilib. Festivalın mühafizəçiləri hər iki şəxsi küçəyə çıxarıblar.
A.Rəsulovun dostları bildiriblər ki, erməni komediya aktyoru küçədə ana söyüşü söyərək özünü ədəbsiz aparıb. Nəticədə dağıstanlı A.Rəsulov erməni yumoristi möhkəm döyərək ona ağır xəsarət yetitib. Xəstəxanaya aparılan Amiran Gevorkyan orada ölüb.
***
31 yaşlı erməni yumorist Amiran Gevorkyan Soçidə keçirilən KVN festivalı zamanı davada ölüb.
Modern.az xəbər verir ki, Shot Telegram kanalının məlumatına görə, hadisə yanvarın 18-də səhər tezdən baş verib. “Cənub paytaxtı” komandasının keçmiş iştirakçısı Gevorkyan 32 yaşlı dağıstanlı Artur Rəsulovla dalaşıb.
Dava zamanı Amiran Gevorkyan ağır kəllə-beyin travması alıb.
KVN festivalının erməni iştirakçısı xəstəxanaya çatdırılıb, ona kəllə sümüyünün sınığı, ağır kəllə-beyin travması və epidural hematoma diaqnozu qoyulub. Aldığı xəsarətlərə görə komaya düşən komediya aktyoru iki gün sonra özünə gəlmədən dünyasını dəyişib.
Məlumata görə, Amiran Gevorkyan bu festivalda qonaq kimi iştirak edirmiş.
Hadisəni törədən Artur Rəsulov barəsində axtarış elan edilib.