Modern.az

Baş Prokuror Xəzər rayonunda vətəndaşları qəbul edəcək

Baş Prokuror Xəzər rayonunda vətəndaşları qəbul edəcək

Aktual

23 Yanvar 2024, 12:02

Baş prokuror Kamran Əliyev yanvarın 30-da saat 10:00-da Xəzər rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edəcək.

Bu barədə Modern.az-a Baş Prokurorluğdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror paytaxtın Xəzər və Pirallahı rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Xəzər və Pirallahı rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, X) vasitəsilə də qəbula yazıla bilərlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi