Modern.az

Cəmil Həsənli ikinci mitinqini keçirdi FOTOLAR

Cəmil Həsənli ikinci mitinqini keçirdi FOTOLAR

28 Sentyabr 2013, 16:22

Bu gün metronun İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti mitinq-görüşü keçirilib.

"Dəyişikliklər üçün Cəmil Həsənli bəsdir!" şüarı ilə keçirilən mitinq saat 16.00-dan 18.00-dək davam edib.

***

Mitinqdə aparıcılığı Müsavat funksioneri Arif Hacılı edib. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL hərəkatının Məclis sədri Erkin Qədirli çıxış edərək tərəfdarlarını Cəmil Həsənliyə səs verməyə səsləyib.

Daha sonra prezidentliyə namizəd Cəmil Həsənli çıxış edib. 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?