Modern.az

İnsan Hüquqları üzrə İşçi Qrup yenidən yaradılsın - Pərviz Həşimli 

İnsan Hüquqları üzrə İşçi Qrup yenidən yaradılsın - Pərviz Həşimli 

23 Yanvar 2024, 13:04

"Ölkəmizdə Avropa standartlarına uyğunlaşdırılan qanunvericilik bazasının yaradılmasından tutmuş 700-dək siyasi məhbusun azadlığa çıxmasına qədər ciddi addımlar atılıb.

Detallar başqa mövzunun müzakirəsi olduğundan təfərrüata varmıram.

BMT Təhlükəsizlik Şurasınıdan sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) dünyanın ikinci nüfuzlu qurumudur ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu öz qətnaməsinə daxil edib".

Modern.az-ın məlumatına görə, bunu uzun illərdi Avropa Şurası və onun əksər strukturları ilə əməkdaşlıq edən jurnalist, "Gününsəsi.info” saytının rəhbəri Pərviz Həşimli bildirib.


O xatırladıb ki, AŞ PA-nın 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli “ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ münaqişəsi haqqında” qətnaməsində Azərbaycan ərazilərinin işğal faktı təsdiqlənib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlıq ifadə edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış edilib. 

“Ölkəmizdə son aylar insan haqları sahəsində baş verənlər, həyata keçirilən bəzi həbslər Avropa Şurasındakı mövqeyimizi ciddi şəkildə zədələyib. 
Deyək ki, Azərbaycanı sevməyən qüvvələr var və hər an fürsət gözləyirlərr. O zaman nə üçün bu bəhanələr onlara verilir? Avropa Şurası dünyanın dövlətlərarası nüfuzlu təşkilatlarından biridir.
Bu təşkilatla münasibətləri qaydaya salmaq lazımdır”, - deyə jurnalist qeyd edib.
 

P.Həşimlinin sözlərinə görə, indiki məqamda Azərbaycan hökuməti bir neçə il əvvəl olduğu kimi, siyasi məhbus probleminin həlli məqsədiylə yaradılmış İnsan Hüquqları üzrə İşçi Qrupun yenidən fəaliyyətə başlamasına imkan yaratmalıdır.

“İnsan haqları fəalları, jurnalistlər bu qrupda təmsil olunmalıdır. Bir neçə il əvvəl bu Qrupun vasitəsilə hökumət siyasi məhbus problemini həll etdi. İndi də vahid siyahı hazırlanmalı, hökmü çıxarılanlar əfv edilməli, istintaq mərhələsində olanlar isə prosessual qanunvericiliyə uyğun şəkildə azad edilməlidir”, - P.Həşimli deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi