Alman sosioloqu M.Veber “Siyasət peşə kimi” əsərində siyasət, milli dövlət, dövlət məmuru anlayışlarına və peşəkar siyasətçi kimdir suallarına cavab axtarmağa çalışmışdır. Məsələn, o, həm peşəkar siyasətçi dedikdə nə başa düşürük sualını qoyur, həm də bu peşəkar siyasətçi kimi fərqlənən şəxslərin əsas xarakteristikasını açıqlayır. Qeyd edir ki, hər bir peşəkar siyasətçi üçün vacib olan əsas 3 şərtdir: 1.Fəalliyyət ehtirası (buna pasionarlıq da demək olar); 2. Kənardan baxaraq qərar vermə bacarığı; 3. Məsuliyyət hissinin olması. O, həm də dövlətin rasional idarə edilməsi üçün vacib şərt olaraq dövləti idarə edən şəxsin peşəkar siyasətçi olmalı olduğunu vurğulayır. O, liderləri, ənənəvi, xarizmatik və rasional-leqal olaraq üç qismə bölür. Rasional (məntiqlə, qanunla) idarəçilik tipində bütün hakimiyyət qanunun aliliyi əsasında qurulur. Veberə görə, bu idarəetmə sistemi məhz qanunun aliliyinə görə ən davamlı, möhkəm və effektiv idarəetmə üsulu olmaqla, əsasən böyük ölçüsü olan cəmiyyətlər üçün səmərəlidir. Qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir.Rasional-leqal lider tipi təkcə bir dövr deyil, bütün dövrlər üçün ən ideal lider tipidir.Rasional-leqal idarəçilik zamanı cəmiyyətin üzvləri hüquqların dövlət hakimiyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər. Elə 44 günlük zəfərlə başa çatan Vətən müharibəsində özünün real təcəssümünü tapan DƏMİR YUMRUĞun fəlsəfəsində də liderə, onun rasional keyfiyyətinə inam dururdu. Bəli, DƏMİR YUMRUQ bir gün, bir ay, bir il ərzində ərsəyə gəlməmişdi. Birinci Qarabağ müharibəsində daxili qeyri sosial-siyasi sabitlik, hakimiyyət uğrunda irrasional savaşın da şərait yaratdığı tarixi ibrət dərsi çıxarmalı olduğumuz acı məğlubiyyətin yaratdığı kütləvi melanxoliyadan xalqı çıxarmaq, azərbaycançılıq məfkurəsini siyasi praktikya birləşdirici həb,konsolidasiya iksri kimi tətbiq edərək milli həmrəyliə nail olmaq, ölkənin hərbi imunitetini gücləndirməyə təkan verən iqtisadi əsasları yaratmaq, dövlətin beynəlxalq nüfuzunu qlobal ictimai rəyə təsiretmə səviyyəsinə qaldırmaq kimi tarixi misiyanı həyata keçirmək lazım idi.Bu tarixi misiyanı səbrlə, təmkinlə, adddım-addım həyata keçirən böyük tarixi şəxsiyyət Heydər Əliyev son nəfəsinədək çalışdı və yarımçıq qalmış arzularını, o tarixi misiyanı davam etdirməyi əminliklə, müdrikliklə İlham Əliyevə həvalə etdi. Böyük şərəf və ləyaqətlə bu tarixi misiyanı davam etdirən rasional-leqal lider İlham Əiyev müdhiş uğur hekayələrinə imza ataraq tarixi estafeti qəbul etdiyi Böyük Heydər Əliyevin qarşısında, həm də onun sonuncu dəfə xitab etdiyi xalq qarşısında hesabat verdi.
Müasiri olduğumuz tarixi hadisələrin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, müstəqillik dövrü Azərbaycanında baş verən bu tarixi hadisələr həm siyasi metodologiya baxımdan, həm də xronoloji kontent baxımından epoxal xarakter daşıyır.İlk mərhələ yenicə müstəqillik qazanıb kövrək addımlarla irəliləyən ölkəmizin müstəqilliyini qəbul etməyən dövlətlər daxili qarışıqlıq yaradaraq xalqımızı vətəndaş müharibəsinə sürükləyir, digər tərəfdən ölkəmizin ərazi bütövlüyü,suverenliyinə erməni separatizmi ilə qəsd etmişdi.Təbii ki, siyasi, dövlət idarəetmə təcrübəsinə malik olmayan o zamankı hakimiyyət ağır tarixi və geosiyasi şəraitdə müstəqilliyi və suverenliyi qoruyub saxlamaq gücündə deyildi.Ancaq onların ən böyük tarixi addımı böyük dövlətçilik təcrübəsinə malik, dünya siyasətinə bələd olan, xüsusilə də həmin dövrün çağrışına cavab verən xarizmatik siyasi lder Heydər Əliyevi həm də xalqın təkidi ilə hakimiyyətə dəvət etmələri oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan qarşısında ikinci misiya müəyyənləşdi. Bu misiya yuxarıda bəhs etdiyimiz misiya idi ki, onun əsaslarını təcrübəli siyasi xadim H. Əliyev yaratdı, xeyli yol qət etdi və ömür vəfa etmədiyindən misiyanı rasional-leqal lider keyfiyyətini özündə ehtiva edən İlham Əliyevə ötürdü. Bəli, zəfərlə başa çatan müharibə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Ancaq ölkə prezidentinin təbirincə desək,”… bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır…”. Bununla da ölkə qarşısında növbəti misiya durmalıdır. Həm də bu misiya qaçılmaz, taleyüklü bir misiya kimi hammımızı düşündürməlidir. Bu misiya nədir? Onu neçə şəkilləndirməliyik? Bununla bağlı həmişə ictimai rəyə böyük önəm verən ölkə başçımız İlham Əliyev 10.01.2024-cü il tarixində yerli televiziya kanallarına müsahibəsində açıq mətnlə elmi ictimaiyyətin nümayəndələrinə, sahə mütəxəssislərinə xitab edərək bildirdi:” Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır…”
Düzdür, problemin qoyuluşu və bu problemidən irəli gələn baş sual- yolumuz haradır? sualı heç də asan sual deyildir. Həm də nəzərə alsaq ki, bu gün bəşəri meyl qeyri müəyyəndir, ideologiyyasızlaşdırılmış, ideologiya böhranı yaşayan dünya evi sakinləri üçün belə bu suala cavab çox çətindir. Çünki bəşəriyyət üçün ümumi ideoloji fond yaradan fikirlər yoxdur artıq. Sovet ittifaqının fiaskosu ilə əslində təkcə ikiqütüblü dünya reallığı aradan qalxmadı, həm də dünya evi qarşısında bir sual yarandı: “… bəs sonra?, indi yolumuz harayadır?” Qeyd edək ki, bununla bağlı çoxlu polimikalar başladı. Hər kəsə məlumdur ki, SSRİ süqut edəndən dərhal sonra Rusiyanın sosialist şinelindən çıxb XIX əsr Rusiya imperiya siyasətinə qayıdışı baş verdi. Əlbəttə, ABŞ başda olmaqla birləşmiş qərb bunu əvvəlcədən bilirdi. Ancaq bu onlar üçün daha dözümlü idi, nəinki cazibədar komunist ideologiyası ilə genişlənmə təhlükəsi olan Rusiya. Sovetlər ittifaqının fiaskosunu, liberal demokratiyanın geridönüşü olmayan qələbəsi kimi sadəlöhflüklə tarixin sonu kimi dəyərləndirməyə çalışan düşüncə adamları da tapılacaqdı təbii ki. Amma çox keçmədi ki, ABŞ başda olmaqla Qərb cəbhəsində də fövqəldövlətçilik davranış modeli əsl anaxronizm elementi kimi qıcıq yaratmağa, demokratiya və liberal dəyərlərin sadəcə instrument olduğu faktını ortaya qoydu, ABŞ-ın və qərbin “xeyirxah hegemoniyası” anti-Amerikanizmin, anti-qərbçiliyin güclənməsinə səbəb oldu. Bəli, tezliklə ideologiyalar arasında savaş Samuel Hantinqtonun 1996-cı ildə ərsəyə gətirdiyi “Sivilizasiyaların toqquşması və yeni dünya nizamının qurulması” kitabında qeyd etdiyi kimi sivilizasiyalar arasındakı qədim münaqişələrlə əvəz olundu. Samuel Hantinqton hətta bu xüsusda bir qədər də irəli gedərək İslam coğrafiyasını “qanlı sərhədlər” kimi xarakterizə etdi.Yeri gəlmişkən F. Fukuyamadan fərqli olaraq, Samuel Hantinqtonun proqnozu tam özünü doğrultmaqdadır, Yaxın Şərqdə və islam coğrafiyası hüdudlarında baş verən humanitar fəlakətlərə gətirib çıxaran toqquşmalar həm də resurslar uğrunda svilizasiyalar arası münaqişələrin təzahürləridi.
Baxmayaraq ki, uzun illər Qərbdə düşüncə adamları (əvvəlcə A. Toynbi “Sivilizasiya mühakimə olunur” əsəri, daha sonralar F. Fukuyama “Tarixin sonu, sonuncu insan” əsəri və. s) belə bir ideyanı durmadan təlqin edirdilər ki, dünya tarixinin mərkəzində daima əsasən, Qərb dayanmışdır, bu gün də, sabah da Qərb dayanacaq. Ancaq günümüzdə də baş verən geosiyasi hadisələr onu deməyə əsas verdi ki, neoimperializm, neokolonializm və onun müasir formaları üçün ekzotik ideyalar və idelogiyalar sadəcə bir alətdir. Və bu gün bəşəri meyl qeyri müəyyənlikdə, ünvansız çırpıntılardadır. Belə bir şəraitdə sanki dövlətlər var olmaq uğrunda çaba göstərirlər. Hansı dövlətlər xarici və daxili siyasət vektorlarını praqmatik əsaslarla qurur, kənar təhdidlərə imunitetlidir, təbii ki, onalr var olmaq uğrunda savaşdan qalib çıxacaqlar. Qloballaşma şəraitində yabançı dəyərlərdən, onun kosmopolitizmi təbliq edən istiqamətlərindən qorunmaq, cəmiyyətimizin sosial xarakterinə neqativ, aşındırıcı təsir göstərə biləcək tərzləri qəbul etməmək, milli kimliyini, özünəməxsusluğunu saxlamaq, öz kökünə, tarixinə milli-mənəvi dəyərlərinə söykənərək mütərəqqi qlobal çağrışlara cavab vermək mühüm vəzifələr kimi qarşımızdadır.
Əslində, yeni misiyanın, Azərbaycanın yaratdığı mövcud reallıqdan irəli gələn yeni milli ideyanın konturları rasional - leqal lider, böyük strateq İlham Əliyevin özü tərəfindən şəkilləndirilmiş, təqribi yol xəritəsi hazırlanmışdır. Bu özünü son illər qəbul olunmuş milli prioritetlərlə bağlı strateyi yol xəritələrində, Dövlət Proqramlarında, institusional islahatlarla bağlı prezident sərəncam və fərmanlarında, dövlətin xarici siyasət vektorlarında, dövlət başçımızın proqram xarakterli çıxışlarında aydın şəkildə göstərir.Müstəqillik əldə etdikdən sonra güclü dövlət milli ideyamızın əsas istiqaməti,birinci misiyamız idisə, qalib dövlət növbəti milli ideya istiqaməti və yeni misiya oldu. Bu gün rifah dövləti yeni misiya milli ideya istiqaməti kimi qarşıçızda durmalıdır. Əlbəttə, postmüharibə dövrü Azərbaycanı qarşısında artıq yeni hədəflər müəyyənləşməli, real və potensial təhdidlərə dayanıqlı, hər daim ölkəmizdə “Axil dabanı” axtaran, bəlkə də qaytardılar xülyası ilə yaşayaraq məkirli planlar quran Ermənistan + qüvvələrinə heç bir imkan tanımayan, imzası imzalar içərisində əbədiyaşar bir sosial dövlət nümunəsi göstərmək bizim milli ideyamızın əsas qayələrindən biri olmalıdır.Postmüharibə dövrü Azərbaycanında sosial dövlət, sosial rifah dövləti quruculuğu bir sosial sifariş olmaqla yanaşı, milli ideyamızın əsas prioriteti kimi böyük strateq İlham Əliyevin fəaliyyət hədəflərindən biridir.Müzəffər xalq postmüharibə dövründə ancaq sosial rifah dövlətinə xas bir inkişaf yoluna layiqdir ki, bu yolun özülü artıq qoyulmuşdur. Vətəndaş-dövlət münasibətlərinin ahəngdar inkişaf edəcəyi sosial dövlətdə cəmiyyətin və dövlətin idarəedilməsində meritokratik dəyərlər tam təntənəsini qeyd etməli, heç kimin kənarda qoylulmayacağı inklusiv cəmiyyət bərqərar olmalı, Azərbaycan xalqının malik olduğu birlikdən ötə sinerjisini təhdid edə biləcək ayrımçı düşüncələrin bütün qalıqlarını cəmiyyətdən bir nəsnə kimi tarixin arxivinə gömmək qarşıda duran əsas hədəflərdən olmalıdır.Bu vəzifənin böyük bir hissəsini zəfərlə başa çatan Vətən müharibəsi gördü.Hegelin təbirincə desək,” küləklər gölləri çürümədən qoruduğu kimi, müharibələr də cəmiyyəti və xalqı deqradasiyadan qoruyur…” Ancaq bu tendesiya davamlı və ardıcıl olmalıdır ki, prinsipcə qurulmaqda olan sosial dövlət bunun öhtəsindən gəlməlidir. Sosial dövlətin sabitliyi, dayanıqlığı müasirlik, güclülük və qanunun aliliyiini ehtiva edən hüquqi prinsp şərtləri daxilində mümkündür. Sosial dövlət üçün əsas anlayışlardan biri ədalət anlayışıdır ki, ölkə başçımız bunu bütün uğurlarımızın, gücümüzün açar dəyəri kimi qiymətləndirir. Ancaq DƏMİR YUMRUQlu sosial dövlətin dayanıqlığı üçün sosial ədalət, bərabər imkanlar və bərabər şanslar, əlçatarlıq, müəssərlik tam təmin olunmalı, sosial bərabərsizliyə imkan tanımamalı, sosial məmnunluğa nail olunmalı, fərdlər kollektiv şüurla özlərini idarə etməyi bacarmalı, cəmiyyət olaraq bütün neqativlərdən arınmalı, katarsis yaşamalı, sosial nəzarət, ictimai qınaq fəal olmalı, xalqın ehtiyaclarını qarşılaya bilən peşəkar dövlət adamlarının olması və davamlı hazırlanmasından çox şey asılı olacaqdır.İdarəetmə, siyasət peşəkarlar tərəfindən həyata keçirilməlidir.Platonun təbirincə desək, siyasət bir çar sənətidir,seçilmişlərin sənətidir.Artıq Azərbaycanda hakimiyyətin, dövlət başçısının, liderin bir İlham Əliyev ölçüsü yaranmışdır. Ancaq bu ölçüyə və bu ölçüdən artığına cavabverənləri Azərbaycan adamı öz təmsilçisi kimi görmək istəyəcək. Yeri gəlmişkən bəlkə də qaytardılar sövdası ilə yaşayan Ermənistan+ qüvvələr postƏliyev dövrü Azərbaycanı, posƏrdoğan dövrü Türkiyəsini xam xəyallarla,səbirsizliklə gözləyir.Hərçənd onlar unudur ki, nəyi, nə zaman, necə etməyi gözəl bilən İlham Əliyev strateji düşünür və gələcəyin yol xərtəsini də zərgər dəqiqliyi ilə proqnozlaşdırır, layihələndirir, eyni zamanda onlar həm də unudur ki, Türkiyə-Azərbaycan tandemi təkcə iki liderin iradəsinə bağlı olmayıb, iki vücudda bir can olan xalqlarımızın əzəli, əbədi birliyi, birlikdəliyidir. Hər kəsə məlumdur ki, tarixi zəfərimizlə qəbullanmayan Ermənistan+ qüvvələrin təziyiqinə İlham Əliyev Azərbaycanı səssiz qalmadı, onları bir sıra hallarda bizə hücum etdiyi öz silahları ilə vurmaqdadı (2023-cü il oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransa Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin dəvət edilməsi, bunun öncəsində Qoşulmama Hərəkatında Fransa əleyhinə çıxışların edilməsi və nəhayət, bir müddət öncə Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələrinin Fransa agenturasın vurduğu zərbə və.s). Ölkə başçımız 10 yanvar 2024-cü ildə yerli telekanallara müsahibəsi zamanı həm də buna işarə edirdi ”.. biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.
Təbii ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir...”
İlham Heydər oğlu Əliyev elə bir şanlı tarixə imza atmışdır ki, onilliklər, yüzilliklər boyu onun əbədiyaşarlığını təmin etməlidir xalqımız. Çünki Azərbaycan tarix boyu permanent keçidərə məruz qlamış, toplum olaraq Sizif əməyi yaşamışdır.Düşünürəm ki, bu anlamda da yeni misiya kimi dövlət olaraq futuristik yanaşmalıyıq Azərbaycanın orta və uzaq perspektivlərinə. Azərbaycanın gələcəyi proqnozlaşdırılan olmalıdır. Düşünürəm ki, bu misiyanı da hazıralyıb həyata keçirmək liderliyin rasional-leqal keyfiyyətlərini özündə ehtiva edən İlham Əliyevə nəsib olacaq.Çünki müzəffər, sosial rifah dövləti quruculuğu ilə inamla irəliləyən Azərbaycan məhz İlham Heydər oğlu Əliyevin şah əsəridir.Bu elə bir müqəddəs əsərdir ki, daim etibarlı əllərdə olmalıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrilən, milli bayrağımızda əbədiləşən Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləmək kimi irəli sürdüyü milli ideya istiqamətləri Cümhuriyyətin tarixi-hüquqi və mənəvi varisi olan bugünkü Azərbaycanın da əsas milli ideya istiqamətləridir.Çünki hər üç istiqamət son dərəcə məntiqi, müdrik və praqmatik olub xalqı daim dinamik, pasionar saxlama gücündədir. 44 günlük zəfərin fəlsəfəsində həm də bu üç istiqamət üzrə əldə etdiyimiz uğurların da mühüm payı oldu.
Baxın, bu gün məhz Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə yaradılan təqribən beş milyon kvadrat kilometrlik, yüz əlli milyon nəfərlik insan kapitalına malik Türk Dövlətləri Təşkilatı geosiyasi alanda real təsir aktoruna çevrilməkdədir.Bu həm də Azərbaycan daxil türk coğrafiyasının təhlükəsizlik çətiri anlamına gəlir.Əlbəttə, svilizasiyalar toqquşması şəraitində belə bir təhlükəsizlik qalxanının olması həyati məna kəsb edir.
Digər istiqamət olan islamlaşmaq islam dininin fəlsəfəsindən, onun sosial mahiyyətindən irəli gələn mənəvi-əxlaqi dəyərlər, norma və qaydaları dərk etmək , inam və etiqadı bu əsaslar üzərində qurmağı nəzərdə tutmaqla yanaşı, islam coğrafiyasinın konsolidasiyasının əlavə imunitet yaratmasını hədəfləyir.
Üçüncü istiqamət müasirləşməkdir ki, bu da yeniliyə, sosietal (sosial, iqtisadi, mədəni, texnoloji və. s) tərəqqiyyə, qlobal çağrışlara açlımı təşviq edir, milləti, toplumu keçmiş tarixi zəfərləri istismar etməməyə, özünəvurğunluq mərəzinə tutulmamağa, tükənmə sindromundan yan keçməyə, hər daim pasionar və güçülü olmağa təhlükəsizlik qarantı kimi son dərəcə əhəmiyyətli və həmişə aktual bir istiqamətdir.
Daim yenilənmə, inkişaf, yeni hədəflər yalnız toplumu, dövləti qüdrətli edə bilər. Ölkə başçımız sözügedən müsahibəsində tam haqlı olaraq bəyan etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Zəfərlə başa çatan müharibədən sonra cəmiyyəti növbəti hədəflərə istiqamət götürməyə səsləyən dövlət başçısı bununla həm də cəmiyyəti durğunluğa imkan tanımamağa, daim dinamik olmağa dəvət etdi. Pasionar lider xalqı da daim dinamik və pasionar görmək üçün səfərbər edi, cəmiyyət və dövlət qarşısında yeni hədəflər, yol xəritələri, yeni misiya və milli ideya istiqamətləri müəyyənləşdirir. Bu gün dünya evini saran geosiyasi maraqlar konfliktləri şəraitində, neoimperializm, neokolonializm dalağaları gerçəkliyində ölkəsini bu qovğalardan kənarda tutmağı bacaran, dünyaya humanist dəyərlər ixrac edən, filantrop mesajlar ötürən, coğrafi və əhali resursları baxımından heç də böyük olmayan Azərbaycanı sülh, barış, əməkdaşlıq, konstruktiv dialoq, bəşəriyyətin taleyüklü məsələlərinin müzakirə olunduğu məkanına çevirən müdrik lideri tarixi zəfərlərə imza ataraq dünya siyasi liderlərinin qibtə obyektidir.Artıq dünya Azərbaycan möcüzəsi haqqında danışır, beləliklə də böyük tarixi şəxsiyyət Heydər Əliyevin proqnozlaşdırdığı kimi”…Azərbaycan dünyaya günəş kimi doğacaq” gerçəkliyi öz həyati təsdiqini tapmaqdadır.
Yeni misiya və milli ideyadan danışarkən qeyd etməliyik ki, xalqımızın qarşısında daha bir misiya vardır.Bu İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qrabağ iqtisadi rayonuna Böyük Qayıdışa tam nail olmaq, eyni zamanda, əzəli, tarixi yurdyerlərimiz olan Qərbi Azərbaycana qayıdışa müvəffəq olmaq, Azərbaycanın qərb rayonları ilə Naxçıvanın qeydşərtsiz əlaqəsini təmin etmək. Eyni əzm və enerji ilə səfərbər olmalıyıq bu tarixi misiyanın həyata keçməsi naminə. Sevindirici haldır ki, bu istiqmətdə xeyli işlər artıq həyata keçirilmiş və öz uğurlu sonluğunu gözləyir. Əminik ki, birliyimiz və əzmkarlıq sayəsində ona da müvəffəq olacağıq.
Cəmiyyətimizi düşündürən digər məqam postneft dövrü Azərbaycanı haqqında olub, daha çox alternativ enerji mənbəələrini, turizmi inkişaf etdirmək, azad bazar münasibətlərinə əsaslanan, ancaq bununla yanaşı strateji məhsullarını özü istehasal etmə gücünə qabil, yüksək sürət əsrinə uyğun, rəqəmsal cəmiyyət tələblərinə cavab verən, keyfiyyətli insan kapitalına malik, gələcək nəsillər üçün iqtisadi dayanıqlı, rəqabətqabiliyyətli bir ölkə miras qoymaqdır.
İnanırıq ki, böyük strateq İlham Əliyevin şəkilləndirdiyi Azərbaycanı gələcək nəslər iftixar hissi ilə qəbul edərək yeni misiya və hədəflərlə növbəti nəsillərə ötürəcək və bu dövrü Azərbaycanın şanlı, qızıl dövrü kimi hər zaman xatırlayacaqlar.
Üzeyir Şəfiyev
Sosioloq