Modern.az

Bakıda soyğunçuluq - Vətəndaşı hədələyərək pulunu və telefonunu aldılar

Bakıda soyğunçuluq - Vətəndaşı hədələyərək pulunu və telefonunu aldılar

23 Yanvar 2024, 14:08

Bakıda soyğun törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yanvarın 19-da saat 23 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 160 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rauf Quliyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı