"Qarabağda mümkün minalanmış ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan minalarla bağlı yeni məlumatların Azərbaycana ötürüləcəyini istisna etməyib.
Eyni zamanda Ararat Mirzoyan qeyd edib ki, İrəvan iki dəfə mina sahələrinin xəritələrini verib, lakin onların qeyri-dəqiqliyi barədə Bakıdan narazılıq eşidilib.
Birgə komissiyanın növbəti iclası gözlənilir və bu barədə razılıq əldə olunub.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycana bir neçə dəfə mina xəritələri təqdim edib. Rəsmi Bakı xəritələrin qeyri-dəqiq olduğunu bildirib.
2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfərə çatıb. Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl bəyanat yayaraq bildirib ki, hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın.