Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 şəxsin yeri müəyyən olunub.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslərin axtarışının nəticələri ötən il 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib.
Məlumata görə, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri ötən il müəyyən olunub.