Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.
Modern.az xəbər verir ki, hadisəni törədən şəxs də onun həmyaşıdıdır. Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir.
Rəsmi qurumlar hadisənin məktəbin həyətində baş verdiyi desə də, valideynlərdən biri qətlin məkəbdə törədildiyini iddia edir.
O, doqquzuncu sinif şagirdi olan Raul Rəhimovun məktəbin içində bıçaqlandığını bildirib.
“Görən adamlar deyirlər ki, hadisə məktəbin içində baş verib. Məktəbdə oxumayan uşağın məktəbdə nə işi var? Deyirlər qətl həyətdə olub, o zaman hanı hadisənin izləri?” - deyə o qeyd edib.
Daha ətraflı aşağıdakı videoda: