Sentyabrın 28-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılıb.
Mətuat Şurasından Modern.az-a daxil olan məlumatda bildirilir ki, aksiya gedişində prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı hər hansı maneçilik faktı qeydə alınmayıb. Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə də bununla bağlı hər hansı müraciət edilməyib.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.
Qeyd edək ki, Mətbuat Şurasının mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də prosesi işıqlandıran jurnalistlər tərəfindən hər hansı müraciət edilməyib.
Modern.az