Modern.az

Silahını könüllü şəkildə polisə təhvil verdi

Silahını könüllü şəkildə polisə təhvil verdi

23 Yanvar 2024, 19:50

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakini vəfat edən atasından qalan tüfəngi könüllü olaraq polisə təhvil verib.

 

Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi