Monqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində yanğın başlayıb.
Modern.az TASS agentliyinə istinadla məlumat verir ki, partlayışdan sonra alov sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçib.
Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub.
Məlumata görə, yanğının yayılması dayandırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Hadisə nəticəsində azı 5 nəfər həlak olub. Onların arasında üç xilasedici və iki yerli sakin də var. Daha on nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Yanğın nəticəsində 20-yə yaxın avtomobil yanıb.
İstintaq tərəfindən partlayışın və yanğının səbəbləri, həmçinin dəymiş ziyanın həcmi müəyyən ediləcək.