Bakıda klubda insident olub, xəsarət alan var.
Modern.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, ötən gün paytaxtın Səbail rayonunda klubların birində insident olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb: "Hadisədə bir nəfər yüngül xəsarət alıb. Fakta görə cinayət işi açılıb, hazırda istintaq hərəkətləri davam etdirilir".
***
09:00
Bakıda gecə klublarının birində bıçaqlanma ilə nəticələnən dava baş verib.
Modern.az "Baku.ws"ə istinadən xəbər verir ki, Sahil bağı ətrafında yerləşən kluba 3 nəfər bıçaqla daxil olmaq istəyib.
Gecə klubunun mühafizəçisi onları kluba buraxmaq istməyəndə dava düşüb.
Daha sonra 3 nəfərin dava zamanı bıçaqlandığı deyilir.