Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-17°, gündüz 19-24° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.
Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qeyd edək ki, qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək.
Modern.az