Modern.az

Bağça müəllimi olmaq istəyənlər müsahibəyə çağırılır

Bağça müəllimi olmaq istəyənlər müsahibəyə çağırılır

Təhsil

24 Yanvar 2024, 10:12

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

 

BŞTİ-dən Modern.az-a bildirilib ki, test imtahan mərhələsində uğur qazanan (35 və daha çox bal toplayan) və 2023-cü il dekabrın 12-dək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunurlar.

 

Müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək. Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apellyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi