Bakıda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilmiş qız itkin düşüb.
Modern.az xəbər verir ki, Şirvan şəhər sakini, 2007-ci il təvəllüdlü, sığınacağa yerləşdirilən Arəstə Məmmədova ötən gün müəssisədən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
İctimai Birliyin sədri Mehriban Zeynalova isə "oxu.az"-a deyib ki, Arəstə Məmmədova sığınacaqdan özü qaçıb. O, qızın adaptasiya olmadığını qeyd edib:
“Qız qaçıb. İtkin düşməyib. Evdən də bir neçə dəfə qaçıb. 3-4 gün idi ki, buraya yerləşdirilmişdi. Heç cür adaptasiya olmurdu. Qızlarla da aqressiv rəftar edirdi. Söhbət etdik, müzakirə apardıq. Daha da aqressivləşdi. Dünən ətrafdakı hər şeyi dağıtdı. Sonra da çıxıb gedib”.
M.Zeynalova ailəsi ilə dil tapmadığını əlavə edib:
“18 yaşı 2-3 aya tamam olacaq. Ailəsi var. Ailəsi ilə dil tapa bilmir. Ailə xahiş edib ki, buraya yerləşdirin, biz bacarmırıq. Hələ də tapılmayıb. Aidiyyəti qurumlara məlumat vermişik. 18 yaşı tamam olandan sonra heç kəs onu məcbur haradasa saxlaya bilməz”.