Modern.az

Cəlilabad-Yardımlı yolu qardan təmizlənir - FOTO

Cəlilabad-Yardımlı yolu qardan təmizlənir - FOTO

Aktual

24 Yanvar 2024, 11:28

Ötən gündən başlayaraq Cəlilabad rayonuna güclü qar yağır.

 

Modern.az xəbər verir ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-35 santimetrə çatıb.

 

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb.

 

Sakinlərin sözlərinə görə, həmin istiqamətdə ancaq "UAZ", "Niva" və eləcə də ağır yük maşınları hərəkət edə bilir. Kəndlərdə elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

 

Sözügedən yol ağır texnikalar tərəfindən qar örtüyündən təmizlənir.

 

Qeyd edək ki, hazırda Cəlilabad rayonunda qarın hündürlüyü 10-15, dağlarda isə 30-50 santimetrə çatır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi