Modern.az

Rayonlarda 7-11 dərəcə şaxta var - FAKTİKİ HAVA

Rayonlarda 7-11 dərəcə şaxta var - FAKTİKİ HAVA

Aktual

24 Yanvar 2024, 12:08

Yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.

 

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti , dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxtadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi