Modern.az

Yeni açılan Bakı-Sumqayıt marşrutu haqda iddialara CAVAB

Yeni açılan Bakı-Sumqayıt marşrutu haqda iddialara CAVAB

Aktual

24 Yanvar 2024, 14:02

Bakı-Sumqayıt marşrut xətti üzrə hərəkət edən avtobusların intervala uyğun işləmədiyi barədə iddialar yayılıb. Sosial şəbəkə istifadəçiləri deyir ki, avtobuslar tam dolmadan yola düşmür.

 

Modern.az məsələni aydınlaşdırmaq üçün “Baku Bus” MMC ilə əlaqə saxlayıb.

 

Qurumun mətbuat katibi Əsmər Əliyeva saytımıza açıqlamasında bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

 

"Bu haqda deyilənlər tamamilə yanlışdır. Avtobus xəttə çıxmağa başlayandan axşam saat 8-9-a qədər 11, qeyd etdiyimiz kimi pik saatlarda isə 7-8 dəqiqə intervalı ilə fəaliyyət göstərir. Bunu dispeyçer mərkəzində əyani sübutlarla da göstərə bilərəm. Axşam saat 8-9 dan sonra isə 11 dəqiqə 13 dəqiqə olur. Ayın 21-dən bu günə kimi 13 dəqiqədən artıq interval olmayıb. Avtobus dolana qədər gözləndiyi ilə bağlı söylənilən fikirlər də şaiyədir. Pik vaxtlarda 7 dəqiqə interval qoymuşuq lakin bu müddət 1 dəqiqə uzanır. Çünki insanların avtobusa daxil olması və kart vurması bir dəqiqə çəkir. 11 dəqiqəlik intervalda da 12 dəqiqə olur. Doldu-dolmadı Sumqayıtdan, eləcə də Bakı Avtovağzalından qeyd elədyimiz intervalla avtobuslar fəaliyyət göstərir".

 

Qeyd edək ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspress marşrut xətti təşkil edilir.

 

AYNA-dan bildirilib ki, yanvarın 21-dən fəaliyyətə başlayan ekspress avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.

 

Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər “Neoplan” markalı 48 yerlik komfortlu avtobuslarla həyata keçirilir. Xətdə 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Ekspress avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydadadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi