Milli Məclisin Sumqayıtdan seçilmiş deputatı,Yeni Azərbaycan Partiyasınln üzvü Leyla Abdullayeva 41 saylı seçki dairəsində yaşayan bir qrup vətəndaşla görüş keçirib. Deputatın köməkçisinin Modern.az-a verdiyi məlumata görə, görüşdə yaşlı və ilk dəfə olaraq bu il səsvermə hüququndan itifadə edəcək gənc nəslin nümayəndələri iştirak edib. Leyla Abdullayeva qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikirlərini bildirərək görüş iştirakçılarını Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıb. L.Abdullayeva bildirib ki, İ.Əliyev siyasətinin bu gün heç bir alternativi yoxdur.
Bu gün həm gənc, həm də yaşlı nəslin maraq və mənafelərinə xidmət edən sosial yönümlü siyasətin aparıldığı xüsusilə vurğulanıb. Görüşdə bütün Azərbaycanla yanaşı, Sumqayıtda da böyük quruculuq işlərinin getdiyi bildirilib.
Çıxış edən həm yaşlı,həm də gənc şəhər sakinləri prezident İlham Əliyevi dəstəklyəcəklərini bildiriblər.