Modern.az

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

Aktual

24 Yanvar 2024, 13:24

İtaliyada yerli ictimai nəqliyyatda bir günlük milli tətil elan olunub.

 

Modern.az xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, ölkədə bütün ictimai nəqliyyat növlərinin işçiləri tətil edir. Buna səbəb kimi, əməkhaqqının azlığı, daha yaxşı iş şəraitinin təmin edilməməsi və təhlükəsizlik tədbirlərinin yetərli olmaması göstərilir.

 

Ölkə üzrə bütün avtobus, tramvay, metro və qatarları əhatə edən tətil Roma, Milan, Turin və Neapol kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib. Milli tətil səbəbindən “Ita Airways” aviaşirkəti 8 daxili reysi ləğv etmək məcburiyyətində qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi