Modern.az

Qarlı hava tədris prosesinə necə təsir göstərib? - RƏSMİ

Qarlı hava tədris prosesinə necə təsir göstərib? - RƏSMİ

Təhsil

24 Yanvar 2024, 14:42

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib, tədris prosesi fasiləsiz davam etdirilir.

 

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

 

Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb:

 

"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi