Modern.az

Cəmil Həsənli onun plakatını cıran gənci bağışladı

Cəmil Həsənli onun plakatını cıran gənci bağışladı

29 Sentyabr 2013, 22:37

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli onun plakatını cırdığına görə saxlanılan gənc Şahin Rzayevdən heç bir şikayətinin olmadığını bildirib.
O, bu barədə "Azadlıq"a açıqlamasında deyib: "Mənim o gəncdən heç bir şikayətim yoxdur. Əgər o mənim təşviqat plakatımı cırıbsa belə, mən onu bağışlayıram və hakimiyyəti həmin gənci azadlığa buraxmağa çağırıram".

Sentyabrın 27-də Bakı sakini 30 yaşlı Şahin Rzayev Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin plakatını cırmaqda ittiham edilərək Nərimanov rayon Məhkəməsinin qərarı ilə 25 sutka azadlıqdan məhrum edilib.

Bundan öncə isə Nəsimi rayon Məhkəməsinin qərarı Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli 25, dostları Coşqun Salahov 30, Ülvi Nuriyev isə 20 sutka müddətinə azadlıqdan məhrum edilib. Onlar da prezidentliyə namizəd Hafiz Hacıyevin təşviqat plakatlarını cırmaqda ittiham olunublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?