Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə, təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışan Məhərrəm Əhmədov sabah 70 yaşını qeyd edəcək.