Modern.az

Nazir Yaponiya səfiri ilə COP29-la bağlı məsələləri müzakirə etdi

Nazir Yaponiya səfiri ilə COP29-la bağlı məsələləri müzakirə etdi

Aktual

24 Yanvar 2024, 15:14

Yaponiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi