Modern.az

“Ölkə rəhbərliyinə etimad üçün minnətdarlıq edirəm” - Şəfəq Mehrəliyeva

“Ölkə rəhbərliyinə etimad üçün minnətdarlıq edirəm” - Şəfəq Mehrəliyeva

Media

24 Yanvar 2024, 16:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünkü sərəncamı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının tərkibi müəyyən edildi. Bu siyahıda yer almaqdan qürur hissi keçirir və ölkə rəhbərliyinə etimad üçün minnətdarlığımı bildirirəm.

 

Modern.az-ın məlumatına görə, bunu ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva deyib.

 

O qeyd edib ki, ADA Universiteti MEDİA ilə birgə son üç ildə sıx işləyərək kommunikasiya və media sahəsini ölkədə elmi istiqamət kimi inkişaf etdirmək üçün ardıcıl fəaliyyət həyata keçirir.

 

“Müşahidə Şurasında ADA və BDU kimi ali təhsil ocaqlarının nümayəndələrinə yer verilməsi bu istiqamətdə işlərin artacağından xəbər verir.

 

Müşahidə Şurasının üzvü kimi ölkədə media gündəminin sağlam və obyektiv şəkildə qurulmasına töhfə verəcəyimə ümid edirəm”, - Ş.Mehrəliyeva bildirib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edib.

 

Sərəncama əsasən, Dağbəyi İsmayılov Müşahidə Şurasının sədri, Vüqar Zifəroğlu, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova və Elçin Şıxlinski üzvləri təyin ediliblər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər