Modern.az

Qazaxıstan Azərbaycana müşahidə missiyası göndərəcək

Qazaxıstan Azərbaycana müşahidə missiyası göndərəcək

Aktual

24 Yanvar 2024, 17:46

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə göndərilən müşahidəçilərin siyahısını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, siyahıya 19 nəfər daxildir.

 

Bildirilib ki, onların arasında Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov da var.

 

Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi