Azərbaycan Tibb Universitetində Türkiyənin nüfuzlu Hacettepe Univeristetinin bir sıra mütəxəssisləri ilə görüş keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində keçirilən tədbir zamanı diplomaqədər və diplomdan sonrakı tibb təhsilinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Toplantıda əsasən rezidentura təhsili ilə əlaqədar iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Hacettepe Universitetində baza təhsilindən sonrakı pillə üzrə təhsil imkanları ilə bağlı video təqdimat baş tutub. Azərbaycanda diplomdan sonrakı tibbi təhsilin inkişafı və təkmilləşməsi, rezidentura təhsili sahəsində ayrı-ayrı ixtisaslar üzrə tədris proqramlarının icmalı həyata keçirilib, onların təhlili və beynəlxalq standartlara uyğunlaşması üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.