Fransanın Viyen şəhərinin meri Jak Remilye Azərbaycanın işğal altında olan Dağlı Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, fransız merin başçılıq etdiyi nümayəndə heyətini separatçı rejimin rəhbəri Bako Saakyan qəbul edib.
Görüşdə qondarma respublika ilə Viyen şəhəri arasında əməkdaşlığa dair müzakirələr aparılıb. Xüsusən səhiyyə və mədəniyyət sahəsinə ikitərəfli əməkdaşlığa dair razılıq əldə edilib.
Modern.az