İşğaldan öncə Xankəndindəki təhsil müəssiləri yoxa çıxıb...
Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Qarabağ və ətraf rayonlarında işğaldan öncə bir sıra ali və orta ixtisas təhsil müəsissələri fəaliyyət göstərib. İşğaldan sonra isə bu təhsil müəssisələrindən bir çoxunun fəaliyyəti ya dayandırılıb, ya da başqa adla fəaliyyət göstərir. Hətta bu gün onların bir çoxu unudulub və xatırlanmır. Xankəndi Tibb Texnikumu, Pedaqoji İnstitut, musiqi məktəbi və s. Milli Məclisin 122 saylı Xankəndin Seçki Dairəsindən olan deputatı Flora Qasımova Modern.az-a açıqlamasında bildirib ki, vaxtilə Xankəndində yerləşən Pedaqoji İnstitut indi fəaliyyət göstərir, amma Xankəndinin adı ilə bağlı deyil: “Müəllimlər İnstitutunun Ağcəbədi filialı kimi fəaliyyət göstərir. Onun adı gərək əvvəldən dəyişdirilməyəydi ki, Xankəndi yaddaşlardan silinməsin. Axı Xankəndində bütün obyektlər Azərbaycan dövlətinin maliyyəsi hesabına tikilib”.