Modern.az

Rasim Balayevdən seçki AÇIQLAMASI: "Öz namizədim var, ona səs verəcəm"

Rasim Balayevdən seçki AÇIQLAMASI: "Öz namizədim var, ona səs verəcəm"

Ölkə

30 Sentyabr 2013, 11:36


Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi, Xalq artisti Rasim Balayev prezident seçkilərilə bağlı fikirlərini Modern.az saytına bildirib. Uzun müddətdir heç bir işlə məşğul olmayan və müalicə alan aktyor seçkilərə qatılaraq, səsvermədə iştirak edəcəyini vurğulayıb.

"Mədəmdə problem yaranıb, müalicə alıram. Səhhətim imkan versə, seçkilərdə iştirak edəcəyəm. Әgər vəziyyətim yaxşı olmasa, seçkilərə qatılmayacağam".

Artıq səs verəcəyi namizədi seçdiyini deyən Rasim Balayev onun adını açıqlamayacağını söyləyib.

"Təbii ki, namizədim də var. Amma bunu deməyəcəyəm. Görürsünüz ki, hamı gedib pərdə arxasında seçimini edir. Bu açıqlansaydı niyə gizli səs verirdilər ki? Mənim öz fikirlərim var amma bunu açıqlamayacağam"- deyə Rasim Balayev bildirib.

Gültəkin ӘLӘSGӘR 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi